Bakıda daha bir marşrut xətti müsabiqəyə çıxarılacaq

Bakıda daha bir marşrut xətti müsabiqəyə çıxarılacaq

Xırdalan istiqamətində fəaliyyət göstərən 135 nömrəli müntəzəm marşrut xəttinin yaxın vaxtlarda müsabiqəyə çıxarılması gözlənilir.

 Bakı Nəqliyyat Agentliyinin (BNA) Mətbuat xidmətinin rəhbəri Mais Ağayev “AVTO FM” radiosunun efirində bildirib.

Onun sözlərinə görə, müsabiqə şərtlərinə uyğun olaraq, 135 nömrəli müntəzəm marşrut xəttində yenilənmə olacaq.

Xatırladaq ki, BNA bildirmişdi ki, Bakıda beş il ərzində 855 avtobus yenilənib. Ümumilikdə bu günədək avtobus parkı 40 faizə yaxın yenilənib. Mart ayında daşıyıcılar tərəfindən də 50-yə yaxın avtobusun gətiriləcəyi gözlənilir. 

06.03.2020 23:50 | 333 dəfə baxılıb