Faktiki hava. Saat 17:00-a olan məlumat

Faktiki hava. Saat 17:00-a olan məlumat

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən bildirilib ki, fevralın 25-i saat 17:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti dəyişib, bəzi yerlərdə güclü şimal-qərb küləyi əsib.

Bakıda 30, Maştağada 25, Sumqayıtda 24, Neft Daşları, Pirallahıda 23, Çilov adasında 21 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 3,8 metrə çatıb.

Naftalan, Gəncədə arabir 30-35, Tərtərdə 32, Bərdədə 30, Neftçala, Ağdamda 28, Yevlax, Daşkəsəndə 25, Göyçayda 24, Ağstafa, Tovuzda 22, Nabran, Beyləqan, Yevlaxda 20, Mingəçevirdə 19 m/s güclənib

25.02.2020 21:51 | 215 dəfə baxılıb