Hava limanında nəzarət gücləndirilib

Hava limanında nəzarət gücləndirilib

Çinin Uhan şəhərində meydana çıxıb, dünyaya yayılan yeni növ koronavirusun (COVID-19) qurbanlarının sayı artmaqda davam edir. Artıq bu ölkədə koronovirusdan ölənlərin sayı 2345, yoluxanların sayı isə 75891 nəfərə çatıb, 20659 xəstə isə sağalıb.

Bu virus bütün dünyada ciddi təhlükə yaradıb. Əksər dövlət vətəndaşlarını qorumaq üçün bütün mümkün metodlardan istifadə edir. Dünyanı cənginə alan koronovirus səbəbi ilə Azərbaycanla sərhəd ölkələrdə də qabaqlayıcı tədbirlər görülür. İranda koronavirusa yoluxmaqda şübhəli bilinən bir neçə nəfərin isə öldüyü bildirilir.

Eləcə də Bakı metrosunda  profilaktik məqsədlə insanların daha çox olduğu stansiya və qatarlarda dezinfeksiya işləri həyata keçirilib.

Heydər Əliyev adına Beynəlxalq Hava  Limanında da koronovirusdan qorunmaq üçün təhlükəsizlik tədbirləri gücləndirilib. Azərbaycana gələn sərnişinlər ciddi yoxlanışdan keçirilir. Yoxlamanı həyata keçirən heyət 7-8 nəfərdən ibarətdir. Həkim briqadası, müvafiq xidmətlərin əməkdaşalrı prosesdə birbaşa iştirak edirlər. 

 

Modern.az

24.02.2020 00:13 | 216 dəfə baxılıb