Zabrat-Maştağa yolundakı tıxac öz həllini tapdı

Zabrat-Maştağa yolundakı tıxac öz həllini tapdı

Hər gün Zabrat şoşşesindən istifadə edən sürücü və sərnişinlərin qarşılaşdığı yolsuzluq problemi əslində çox sadə bir üsulla həll edilib. "Ayxan" marketin yerləşdiyi ərazidə müştərilərin nizamsız park etmələri səbəbindən, avtobus və maşınların normal axını ləngiyib tixaclara səbəb olurdu. Bu səbəbdən, BNA əməkdaşları burada nizamlı parklama qaydaları yaratdığı andan vəziyyət dəyişdi. Ümumiyyətlə, nəqliyyat axınının ləngiməməsi üçün nəinki Zabrat yolunda, bütün yolların sağ tərəfində nizamlı park etmə qaydalarına riayət etmək hər bir sürücü üçün vacib olmalıdır. Nəqliyyat vasitəsindən istifadə etmək sürüculərin mədəniyyət və əxlaqlarının göstəricisidir. Bu mədəniyyət nümunəsinə  biganə qalmasaq  bir o qədər yollarımız  açıq və rahat olar. Bundan sonra nizamı qorumaq yol iştirakçılarının məsuliyyətində, marketlərin qarşısında park edən sürücülərin  isə vicdan məsuliyyətinə qalır. Davranış əxlaqdan gəlir...

14.02.2020 14:20 | 982 dəfə baxılıb