Gənclər gününə həsr olunmuş konsert - Fotolar

Gənclər gününə həsr olunmuş konsert - Fotolar

Maştağada 2 fevral gənclər günü ilə əlaqədar Rüfət Axundovun solo konserti keçirildi. Konsertdə digər ifaçılar; Türkanə, Aynur Dadaşova, Rahidə Baxış, "o səs Türkiyə" mahnı yarışmasının iştirakçısı Vahidə və söz ustası Elçində çıxış etdilər. Rüfət Axundovun Aynur və Rahidə  ilə duetləri tamaşaçılar tərəfindən marağla qarşılandı. Rüfət, zalda tamaşaçı qismində əyləşən anası Ruhəngiz Axundovanı "ana" mahnısını ifa etməklə tamaşaçılara təqdim etdi. Konsertin aparıcısı Humay Muxtarova idi. Qeyd edək ki, bu kimi konsert proqramları Mədəniyyət Nazirliyi Bakı Şəhər Baş Mədəniyyət İdarəsi təşkilatlığı ilə Maştağa Mədəniyyət Mərkəzində tez-tez keçirilir.

 

Həmid Adil

03.02.2020 23:52 | 342 dəfə baxılıb