“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb

“Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində dezinfeksiya işləri görülüb

Kəskin respirator infeksion xəstəliklərin yayılmasına qarşı qabaqlayıcı tədbirlər çərçivəsində “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzində növbəti dəfə dezinfeksiya işləri görülüb. 

Bu barədə Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

Bildirilib ki, perronlar, gözləmə zalları və park ərazisi xüsusi dərman məhlullarından istifadə olunmaqla dezinfeksiya edilib. Sərnişinlərin narahatlığına səbəb olmamaq üçün işlər gecə saatlarında aparılıb. 

01.02.2020 11:53 | 159 dəfə baxılıb