2027-ci ilə qədər Bakıda 10-dan çox metro stansiyası tikiləcək - XƏRİTƏLƏR – ƏTRAFLI

2027-ci ilə qədər Bakıda 10-dan çox metro stansiyası tikiləcək - XƏRİTƏLƏR – ƏTRAFLI

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, bu məsələ həm Bakı Metropoliteninin konseptual inkişaf sxemində, həm də Bakının Baş Planında əksini tapıb.

Ümumilikdə 11 stansiyanın tikilməsi planlaşdırılır. Bunlardan "bənövşəyi xətt" də iki stansiya var - B-3 şərti ad ilə, Ceyhun Səlimov küçəsindəki Hərbi Hospital (əvvəllər Papanina küçəsi kimi tanınan), və o cümlədən Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsində, Heydər Əliyev İdman-Konsert Kompleksinin arxası və 1 nömrəli Şəhər Klinik Tibbi Mərkəzinin yanında şərti adı  B-4 xəttinin 2020-ci ildə açılması nəzərdə tutulub.

Dörd stansiya Nobel prospektində inşa ediləcək, onlardan Şah İsmayıl Xətai stansiyasından Həzi Aslanov stansiyasına qədər, “Ağ şəhər”, həmçinin  Azərneftyağ neft emalı zavodunun yanında, Nargilə kafesinin yaxınlığı (Bakı Avtomobil Zavodu) və Həzi Aslanovda 2 stansiyaları istifadəyə veriləcək.

Koroğlu və Dərnəgül stansiyaları arasında üç stansiya inşa olunacaq, İçərişəhər metro stansiyası xəttinə  isə iki stansiya əlavə olunacaq, - deyə Bəxtiyar Məmmədov əlavə edərək stansiyaların prioritet olduğunu vurğulamışdır.

Eyni zamanda, Nəsimi rayonu Cəlil Məmmədquluzadə küçəsindəki, Heydər Əliyev İdman-Konsert Kompleksinin arxası və 1 nömrəli Şəhər Klinik Tibbi Mərkəzinin yanında nəzərdə tutulmuş şəhər mərkəzinə gedən metro tikintisi hazırda prioritet hesab edilmir.

25.01.2020 17:15 | 290 dəfə baxılıb