ASAN xidmət Maştağada səyyar xidmət göstərəcək

ASAN xidmət Maştağada səyyar xidmət göstərəcək
Səyyar ASAN xidmət vaxtı keçmiş şəxsiyyət vəsiqələri ilə bağlı Maştağada olacaq. Vətəndaşların 9 fevral parlament seçkisində şəxsiyyət vəsiqələri ilə bağlı hər hansı bir problemin olmaması üçün, Sabunçu rayon İcra Hakimiyyəti Asan xidmətlə bərabər Maştağa qəsəbəsində xidmət göstərəcək. Asan xidmətin səyyar qrupu yanvarın 22-si saat 9-dan etibarən Maştağa qəsəbəsinin İcra nümayəndəliyində etibarlılıq müddəti bitmiş şəxsiyyət vəsiqələrinin dəyişdirilməsini həyata keçirəcək. 35 və 50 yaşını keçmiş vətəndaşlar vəsiqələrinin yenilənməsi ilə bağlı Maştağa İcra nümayəndəliyinə yaxınlaşa bilərlər. Qeyd edək ki, şəxsiyyət vəsiqəsinin dəyişdirilməsinin dövlət rüsumu 5 manat 40 qəpikdir. Yenilənmiş vəsiqələr sahiblərinə 10 gün sonra, əlavə ödəniş tələb olunmadan həmin ünvanda təqdim olunacaq. Maştağa TV
22.01.2020 09:33 | 301 dəfə baxılıb