Plastik su qablarını təkrar istifadə edəndə nə baş verir?

Plastik su qablarını təkrar istifadə edəndə nə baş verir?

Mağazadan alınan su qabları boşalandan sonra onlara yenidən su doldurub istifadə edənlər çoxdur. Lakin mütəxəssislər qəti şəkildə bunu etməyi məsləhət görmürlər.

Elmi araşdırmalara görə, plastik qablardan təkrar istifadə norovirus kimi bir çox təhlükəli bakteriya və infeksiyaların inkişafı üçün əlverişli zəmin yaradır. Bəzi insanlar plastik su qablarını yumaqla mikrobların təmizləndiyini düşünürlər. Amma belə deyil. Kanadalı alimlər bununla bağlı apardıqları arşdırma zamanı müəyyən ediblər ki, bakteriyalar hər istifadə zamanı daha da çoxalır.

Müayinə üçün xeyli sayda plastik su qabı götürülüb, məktəblilər həmin qablardan istifadə ediblər. Nəticələr təəccüblü olub: həmin qabların yarıdan çoxu istifadə üçün uyğun olmayıb. Onlarda olan bakteriyaların sayının normadan xeyli yüksək olduğu qeyd edilib.

Bunun səbəbi, qabın otaq temperaturunda uzun müddət qalması göstərilib. Çünki istidə mikroblar daha da çoxalır. Başqa bir sınaqda, bir həftə ərzində təkrar istifadə olunan plastik su qablarının qapaqları götürülüb. Nəticədə nümunələrin hər birində bakteriya aşkarlanıb.

Qeyd olunub ki, bu qablardan su içmək  zəhərlənmə kimi simptomlara və bəzi hallarda həzmin pozulmasına və  qusmaya da səbəb ola bilir.

21.01.2020 08:54 | 214 dəfə baxılıb