Qəlyanın ölçüyəgəlməz ziyanları

Qəlyanın ölçüyəgəlməz ziyanları

Son günlər qəlyan çəkənlərin sayında artım müşahidə olunur. Ən dəhşətlisi isə çəkənlər arasında 16-30 yaş arasında olan qadınların çoxluq təşkil etməsidir. Hətta bir çoxları qəlyanı sırf siqareti tərgitmək bəhanəsi ilə çəkir. Lakin mütəxəssislər hesab edir ki, qəlyanın zərərləri siqaretlə müqayisədə daha çoxdur.

Nevropatoloq Qalib Əsədov deyib ki, 1 qəlyanın insan orqanizminə təxminən 50 siqaretin verdiyi zərərə bərabər zərər yetirdiyi sübut olunub.

"Belə düşünün ki, bir qəlyan çəkəndə 50 siqaret çəkmiş olursunuz. Bundan belə qənaətə gəlinir ki, siqaretin yaratdığı xəstəliklərə qəlyan çəkənlərdə 50 dəfə çox rast gəlinir. Baş rolda da xərçəng. Qəlyanın tərkibi ağır metallarla zəngindir. Qəlyandakı arsenium, nikel, kobalt, qurğuşunun miqdarı siqaretin dumanındakı miqdardan olduqca çoxdur. Bu maddələrin hamısı torpaqdan tütünə keçən ağır maddələrdir".

Q.Əsədov bildirib ki, qəlyanın borusu da infeksiya mənbəyidir:

"Qəlyandan gün ərzində onlarla insan istifadə edir, ağızlığı və suyu nə qədər dəyişdirilsə də, dumanın keçdiyi boru dəyişmir. Bu səbəbdən də nəfəs yolu ilə xəstəliklərin keçməsi qaçılmazdır. Xəstə bir insanın qəlyandan istifadə etməsi mikroorqanizmlərin o boruya yerləşməsinə və sağlam birini yoluxdurmasına səbəb olur. Gənclərə məsləhətim odur ki, sağlamlıqlarının qədrini bilsinlər və hətta qəlyan çəkilən yerlərdən uzaq dursunlar".

Milli.Az

21.01.2020 08:47 | 228 dəfə baxılıb