Məktəblərin qış tətilinin vaxtı açıqlandı

Məktəblərin qış tətilinin vaxtı açıqlandı

Təhsil Nazirliyindən açıqlama

Yanvarın 27-dən ümumi təhsil müəssisələrində qış tətili başlayır. 

Təhsil Nazirliyindən verilən məlumata görə, tətil 27-31 yanvar tarixlərini əhatə edəcək. 

Altıgünlük tədris həftəsi ilə işləyən məktəblərdə fevralın 1-i, beşgünlük tədris həftəsi ilə işləyən məktəblərdə isə fevralın 3-ü iş günüdür.

Qeyd edək ki, ümumi təhsil müəssisələrində dərslər sentyabrın 15-də başlayıb iyunun 14-də başa çatır.

 

17.01.2020 14:25 | 227 dəfə baxılıb