Hava şəraiti kəskin dəyişəcək

Hava şəraiti kəskin dəyişəcək

Sabahdan Azərbaycanda hava şəraiti kəskin dəyişəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, bir necə gün davam edən mülayim hava şəraitindən sonra yanvarın 2-si axşamdan 3-ü gündüzədək 

Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/s, arabir 20-23 m/s-dək güclənəcəyi, cişkinli olacağı, 4-ü gündüzdən 05-i gündüzədək isə arabir yağış yağacağı gözlənilir.

Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5 dərəcə aşağı enəcək.

Azərbaycanın rayonlarında yanvarın 2- si axşamdan 5-i gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. 

Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 2-si gündüz, 3-də arabir güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə 3-6 dərəcə aşağı enəcək.

Gecə və səhər saatlarında dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.

01.01.2020 19:45 | 350 dəfə baxılıb