Bakı və biz - Foto

Bakı sənin haqqında  mahnılar bəstələnib, şeirlər, kitablar yazılıb. Ən böyük səviyyədə tədbirlər hazırlanıb, Hətta kinolar çəkilib.Mən nə edə bilərəm sənin üçün, bilmirəm.

Sənin üçün  yerli olan, yerli olmayan dahilər, dühalar söz deyib, səni tərənnüm  ediblər. Bunu da anlarıyam ki,dahilərdən sonra sənin haqqında yazmağım, fikir bildirməyim yalnış olardı.

Cürət edirəm yazıram. Sənin sakininin olduğuma görə səninlə danışmaq istəyirəm.

Salam Bakı, necəsən? Fikir verirəm danışmaq istəmirsən, incimiş  kimisən elə bil, özüdə təkcə məndən deyil. Ondan da məlumatlıyam ki, əhvalında yoxdur. Neynirsən  sualınada cavabın bəllidir.

Bakım səbr et, düzələr sözü ilə çox tanışsan.Elə məndə deyəcəm döz, tab gətir  səni pis xislətli insanlardan təmizlənmə zamanını gözlə. Mənim sənə təskinliyimi qəbul elə.

Səmimi olub sənə kömək etmək istəyənlərdənəm. Kimlərdən incimisən, kimlərdən narazısan onu da bilirəm. Deyim ki, kimlərdən incimisən??

Sənin özündə yaşayıb səni bəyənməyənlərdən, şəhərində bir birinə salam verməyənlərdən, ictimai nəqliyyatda növbə mədəniyyətini gözləməyənlərdən, ağsaqqala,

ağbirçəyə hörmət etməyənlərdən, sənin şəhərində toy edib, vağzalı əvəzinə əcnəbi müsiqi səsləndirənlərdən, özünü müasir  kimi göstərib müasirliyi soyunmaqda görənlərdən,

həya hissindən uzaq adamlardan, sənin adət ənənələrini məsxərəyə qoyanlardan...Susursan,  deməli mənimlə razısan. Sevindim, nə vaxtsa mənlə barışacaqsan kimi baxdın mənə.

Hətta his edirəm ki, başqa problemlərə görə də, çox narahatsan.Təxmini başa düşürəm ki, sən, ölkənin 20%i  torpaqların işğal altında qaldığına görədir? Yenə mənə cavab vermədin,

amma təəssüf hissi ilə soyuq xəzrinlə şam ağacının başını yellədin. İnanırsan Bakı, məndə çox narahatam, axı mən nə edim?

Sən elə bir şəhərsən ki, məni başa salmağa çalışırsan, mənim problemlərimi həll etdik, bəs qardaşım Qarabağ? Susaq. 

SƏN MƏRHƏMƏT VƏ SEVGİ ŞƏHƏRİSƏN. Allahdan arzum odur ki, gələcəkdə səninlə söhbət edib bitirəndən sonra 

Qarabağlada rahat söhbət edim; onun dərdlərinə rahatlıqla şərik olarıq. SAĞ OL BAKI  əlvida demirəm, çünki səni tərk etmək fikrim yoxdur. HƏLƏLİK

 

Mürüvvət Əliyev

© Maştağa TV

12.12.2019 21:10 | 506 dəfə baxılıb