Bakının ətrafındakı magistral yollarda hərəkət məhdudlaşdırılacaq

Bakının ətrafındakı magistral yollarda hərəkət məhdudlaşdırılacaq

Avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Bakı Dairəvi-1 avtomobil yolunda yol qəzaları nəticəsində yararsız vəziyyətə düşmüş təhlükəsizlik sədlərinin təmiri işləri aparılır.

Bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin açıqlamasında bildirilir.

Məlumatda həmçinin deyilir ki, hərəkət təmir aparılan hissələr üzrə qismən məhdudlaşdırılacaq.

Bundan başqa Bakı-Ələt-Qazax-Gürcüstan ilə dövlət sərhədi avtomobil 10-30 kilometrlik hissəsində, hər iki istiqamətdə üfüqi nişanlanma xətlərinin rənglənməsi işləri aparılır.

İşlər bu gün axşam saatlarınadək davam edəcək. Bu müddət ərzində hərəkət hissə-hissə işlər aparılan zolaqlar üzrə qismən məhdudlaşdırılacaq.

“Bu üzdən sürücülərdən sözügedən yollarda hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur”, - deyə qurum bəyan edib. 

12.12.2019 16:39 | 234 dəfə baxılıb