Özümüzü kəsən dilimiz

Özümüzü kəsən dilimiz

Yalnız bizdə doğma ana dilində öz fikrini səlist ifadə edə bilməyən "ziyalılar", xarici dildə danışmaqla savadlı görünmə fakturası yaradanlar, düşüncəsi  iflasa uğrayan nəsillər peyda olub.

Vətəndaşlarımızın bir qismi nədənsə bu sahədə heç cür zənginləşmək istəmir.  Problem nədədi?  Problem nə təhsildədir, nə mədəniyyətdə, nə də elmdə.

Problem bizim insanın düşünmə  rıçaqlarını müəyyən etməsindədirsə o düşüncə rıçaqları nədir və necə yaranır sualına toxunsaq hansı qənaətə gəldiyimizin birgə şahidi olaq. 

Dünyada qəbul olunan elmi araşdırmalara görə düşüncə zənginliyini bədii əsərlər formalaşdırır.

Deməli, ədəbiyyat onu oxuyanları yeniləyir, onları sağlam fikir sahiblərinə çevirir və böyük bir zümrə əmələ gətirməkdə sanki, reklam işini öz üzərinə götürmüş olur.

Yenilik və yaradıcı imkanlarını başlatmaq üçün dünya insanı yeni fikirlər, yeni mədəniyyət axtarışına çıxmaq ehtiyacı duyduqda öz yazarlarının bədii əsərlərini oxumağa ehtiyacı yaranır.

Həmin ehtiyac onun dilinin də səlistliyini qarşılamış olur.

Bu da öz mental dəyərlərini dərk etməkdə, ən vacibi isə ifadə zənginliyinin formalaşmağında yeganə vasitəçiyə çevrilir. Deməli, biz də təkcə öz bədii əbəbiyyatımızı oxusaq,hər şey tamamdır.

Artıq yeni düşüncələrinin formalaşmağında onun zəngin binövrəsi atıldı sayılır. Dil sahəsində də ifadə zənginliyi əldə etmiş olacaq, səlist fikir yürüdə bilənlərdən oluruq. 

Dil həm də elmləri dərk etmək üçün real vasitədi. O, həm də mədəniyyətdir. Mədəniyyət isə yaradıcılıqdır.

Təsəvvür edin adamlar ömrünün düz on bir ilini sərf edir, hər gün ən azı altı saat elmlə məşğul olur, ana dilini oxuyur, ədəbiyyatı və s. Hətta bir hissəsi sonradan daha dörd ilini fəda edir və yenə oxuyur.

Beləcə 15 ilini fəda etmiş bir Azərbaycanlı yenə də öz dilində özünü səlist ifadə etməkdə əziyyət çəkir. Hətta bəzən  düşüncə qıtlığı yaşayır.

Hər gün içində olduğumuz və istifadə etmə məcburiyyətində qaldığımız yollara diqqət edən hər yolçu düşüncə qıtlığının şokunun elə yoldaca yaşamağa başlayır.

Bu bir daha Azərbaycan dilini sevib ədəbiyyat oxumamağımızdan xəbər verir. Çünki, ədəbiyyat oxuyan insanlar fərqli və kreativ düşüncə sahibi ola bilirlər.

Həmin fərqli düşüncə sahibləri də  öz sahəsində yeniliklərə, durmadan imza atırlar.

Məsələn,yollardan söz düşmüşkən, ən azından, piyada səkisi, velo-zolaq, əlillər üçün nəzərdə tutulan yerlərin də ola bilmə ehtimalını düşünə bilirlər onlar.

Nəticədə hər sahənin mükəmməl olması, hər kəsin normal yaşaması baş verir. Ədəbiyyatda yeni düşüncələr, yeni düşüncələrdə isə zəngin və fərqli bir həyat yatır.

 

Həmid Adil

01.12.2019 23:15 | 213 dəfə baxılıb