Bakı-Pirşağı-Bakı qatarının hərəkət qrafiki açıqlandı

Bakı-Pirşağı-Bakı qatarının hərəkət qrafiki açıqlandı
Dekabrın 2-dən fəaliyyətə başlayacaq Bakı-Pirşağı-Bakı qatarının hərəkət vaxtı məlum olub. “Azərbaycan Dəmir Yolları” QSC-dən verilən məlumata görə, Sabunçu-Pirşağı-Sabunçu sahəsində infrastrukturun əsaslı təmir işlərinin başa çatması ilə əlaqədar, bu istiqamətdə hərəkət edən elektrik qatarının marşrutu Pirşağı stansiyasına kimi uzadılıb. Hələlik gün ərzində Bakıdan Pirşağıya və Pirşağıdan Bakıya 8 qatar hərəkətdə olacaq.
01.12.2019 13:10 | 282 dəfə baxılıb