Maştağada ana və azyaşlı oğlu dəm qazından boğulub

Maştağada ana və azyaşlı oğlu dəm qazından boğulub

Bakıda dəm qazı daha iki nəfərin həyatına son qoyub.

APA-nın məlumatına görə, hadisə Sabunçu rayonu Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini,

1981-ci il təvəllüdlü Əliyeva Könül Elşad qızı və onun oğlu,

2007-ci il təvəllüdlü Əliyev Kərim Nail oğlu dəm qazından boğularaq ölüblər.

Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.

26.11.2019 16:51 | 32 dəfə baxılıb