Motosiklet avtomobilə çırpılıb, xəsarət alan var

Motosiklet avtomobilə çırpılıb, xəsarət alan var

Bakıda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Hadisə Suraxanı rayonunda qeydə alınıb.

Hövsan qəsəbəsində motosiklet hərəkətdə olarkən avtomobilə çırpılıb. Hadisə zamanı motosikletin sürücüsü xəsarət alıb.

Yaralı təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb və ona müxtəlif dərəcəli bədən xəsarətləri diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

24.11.2019 15:11 | 142 dəfə baxılıb