Bakıda pul paylayan aparat: Bu tələyə düşənlər çoxdur

Bakıda pul paylayan aparat: Bu tələyə düşənlər çoxdur

Bakıda son günlər insanlara “pulsuz pul” paylayan 5 ərazidə  aparatlar quraşdırılıb. Belə ki, quraşdırılan bu aparatlardan istənilən adam şəxsiyyət vəsiqəsini və barmaq izini aparata daxil etməklə, 20 manat məbləğində borc pul ala bilər. 

Aparatdan borc istəməyə gələn insanların çoxu işsizdir. Bu dəmir parçası onlara 30 saniyə içərisində pulu nəyin qarşılığında verdiyini öyrənməyə çalışdıq.  

Aparatlar 10 gündən çoxdur ki, Bakı ərazisində quraşdırılıb. Lakin bu barədə sosial şəbəkələrdə, mətbuatda geniş məlumat yoxdur. Araşdırma nəticəsində bir neçə iqtisadi ekspertlə əlaqə saxlasaqda onlar  bu cür aparatın mövcudluğundan xəbərsiz olduqlarını bildirdilər. 

Borc alan şəxslərin əksəriyyəti hesab edirdilər ki, bu pulu onlara Mərkəzi Bank verir. 

Aparatlarla bağlı “azpul.az” saytında bəzi informasiyalar yerləşdirilsədə tam olaraq şərtlər haqqında məlumat qeyd olunmayıb. 

Saytda qeyd olunan nömrə  ilə əlaqə saxladıq,  aparatların heç bir banka aid olmadığını və sadəcə pul lombardı olduğunu bildirdilər.

Şəxsiyyət vəsiqəsindən başqa borc alanın aparat tərəfindən barmaq izi götürülür, fotosu çəkilir.  Minimum 5, maksimum isə 21 gün müddətinə borc pul verilir. 5 gün ərzində 20 manat və üstə gəl də 1 manat əlavə faizini qaytaran şəxs, bu dəfə 40 manat məbləğində borc ala bilir. Beləcə bu məbləğ 1000 manata qədər qalxır.

Ekspertlər bildirirlər ki, əslində bu sistem olduqca təhlükəlidir. Çünki əməliyyatın kim tərəfindən aparılması, hansı serverdə saxlanılması məlum deyil. Ona görə də insanların şəxsi məlumatları kimlərinsə əlinə keçir. Ekspertlər hesab edirlər ki, bu, insanlar üçün əlavə problemlərə yol aça bilər. 

Növbədə dayanan şəxslərin çoxu işsiz olduqlarını bildirirdilər. Bu isə onu deməyə əsas verir ki, proses ölkədə borclu vətəndaşların sayını bir qədər də artıra bilər.

Məlumata görə, məsələ ilə bağlı müvafiq qurumlar araşdırmaya başlayıblar və yaxın zamanlarda həmin qurumlar tərəfindən ictimaiyyətə açıqlama veriləcək.

23.11.2019 16:37 | 242 dəfə baxılıb