Yağışlı havalar nə qədər davam edəcək? - AÇIQLANDI

Yağışlı havalar nə qədər davam edəcək? - AÇIQLANDI

Sabah Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti üstünlük təşkil edəcək.

Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bildirilib ki, havanın səhər çiskinli olacağı, gün ərzində arabir yağış yağacağı gözlənilir.

Şimal-şərq küləyi gündüz mülayim cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 2-4°, gündüz 5-8° isti, Bakıda gecə 2-4°, gündüz 6-8° isti olacaq.

 

Atmosfer təzyiqi normadan yüksək 776 mm civə sütunundan 773 mm civə sütununa aşağı enəcək.

Nisbi rütubət 80-90 % olacaq.

Azərbaycanın rayonlarında noyabrın 24-də hava əsasən yağmursuz olacaq.

Lakin bəzi şərq rayonlarında arabir yağış yağacağı gözlənilir.

Bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 1-4° isti, gündüz 5-10° isti,

dağlarda gecə 2-7° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.

23.11.2019 15:14 | 162 dəfə baxılıb