Sevimli müəllim

Sevimli müəllim

Qədim dövrlərdən günümüzədək aktual olan və bütün dövlətlərin daha çox önəm verdiyi mövzulardan biri də təhsildir. Təhsil bir cəmiyyət üçün möhkəm mənəvi və əxlaqi sütun deməkdir. Həmən bu məsuliyyətli peşənin başında isə müəllim durur. O Müəllim ki - şagirdləri təhsilə yönəldən, doğru yolu göstərən və bilikdən əlavə tərbiyə verən, şagirdin ikinci ailəsi olandır. Müəllim nə qədər humanist, xeyirxah, qayğıkeş olarsa, təhsildə uğur bir o qədər artar. Çünki müəllim şagirdlərə bir örnəkdir, hətta bir çox uşaqlar öz müəllimlərinə həsəd aparıb, bəzən onları təqlid edirlər. Həqiqətən yaxşı müəllim bütün bunları nəzərə alanda, öz davranışlarına, danışığına diqqət yetirəndə, müəllim şagird üçün nümunə olur. Müəllim həm öyrənən, həm də öyrədən şəxsdir. Daim uşaqlarda yaxşını axtaran, onları ruhlandıran, atdığı addımların doğru olub olmamasını izah edən, uşaqlara düşünməyi, sevməyi öyrədən, fiziki və ruhi əzablardan qoruyan, onları əzbərləməyə deyil, kəşf etməyə sövq edəndir müəllim. Çünki əsas olan nəyi kəşf etdiyimiz deyil, necə kəşf etdiyimizdir. Bütün bunlara əməl edən müəllim şagirdlərin ən sevimli müəlliminə çevrilir. Hər bir münasibətdə məhəbbətin  yaratdığı bağlılıq kimi,  müəllimdə öz bağlantısını uşaqlara məhəbbəti ilə yaradır. Məhəbbət hissini itirib  müqəddəs peşəni yarı yolda qoyub tərk edənlərə müəllim demək qəbahətdir.

 
Akif Əliyev
13.11.2019 00:25 | 197 dəfə baxılıb