Abşeronun “Qırmızı qızılı”

Abşeronun “Qırmızı qızılı”
"Şərqin möcüzəsi" və ya "Qırmızı qızıl" adlandırılan Abşeronun yer üstü sərvəti Zəfəran.
 
Tarixi,  erazmızdan əvvələ çatan Zəfəran, Abşeronda mənbələrə görə IX əsrdən yetişdirilir. Tarixən qiymətli ədviyyat və boyaq bitkisi kimi yetişdirilən zəfəran, müasir dövrdə də təbii boyama əhəmiyyətini özündə saxlıyır.
 
Yerli mətbəximizdə geniş istifadə edilən zəfəranı, müalicəvi xüsusiyyətlərinə görə əsl təbii dərman da adlandırmaq olar. Xüsusən göz və ürək-damar xəstəliklərinin müalicəsində əvəz edilməz bitkidir.
Elə buna görə də, müasir əczaçılıq sənayesində müxtəlif dərmanların tərkibinə daxil edilir
 
Hazırda İran, İspaniya, Hindistan, Misir, Türkiyə və bir sıra ölkələrdə yetişdirilir.
Ümumlikdə zəfəran istehsalının böyük qismi İranın payına düşür.
Abşeronda yetişdirilən zəfəran Kəşmir və İspanıya zəfarınından keyfiyyətli olmasına baxmayaraq,məhsul azlığına görə dünya bazarına çıxarıla bilmir. Bu səbəbdən hazırda Dünya bazarında ən bahalı və  keyfiyyətli zəfəran İspaniya və Hindistan zəfəranı sayılır.
 
Ən bahalı ədviyyatlardan biri olan zəfəranın yetişdirilməsi üçün ümumilikdə Abşeronun məhsuldar qumlu torpaqları əlverişlidir.
Ancaq ən gözəl zəfəran məhz Bilgəhdə əmələ gəlir, görünür, bu kəndin havasında bir özəllik var. Məşhur Kardioloji mərkəzin də Bilgəhdə olması təsadüfi deyil.
Vaxtilə Bilgəhdə fəalliyət göstərmiş "Zəfəran savxozu"  ötən əsrin 40-50-ci illərində il ərzində 450kg, 1980-ci illərdə isə 150 kg quru məhsul istehsal edirdi.
 
Sonralar əkin sahələrinin azalması ilə əlaqədar məhsuldarlıq xeyli aşağı düşmüşdür.Hazırda Bilgəhdə həyətyanı sahələrdə becərilən zəfəran  daxili tələbatı ödəyə bilmir.
 
 
 Akif Əliyev
 
© Maştağa TV
30.10.2019 14:14 | 238 dəfə baxılıb