7000 abonentin qaz problemi

7000 abonentin qaz problemi
“Azəriqaz” İstehsalat Birliyinin Təmir-tikinti İdarəsi Suraxanı rayonu ərazisində 5 km uzunluğunda qaz kəmərinin yenilənməsini başa çatdırıb. Uzun illər istismarda olduğundan  yararsız hala düşmüş yeraltı 530 mm diametrində polad boru, polietilen borularla əvəz olunub. 
Qaz kəməri Bakı-Aeroport avtomagistralı və 3 yerdə Suraxanı rayonu küçə avtomobil yollarını kəsməklə yeraltı çəkilib. 
 
Bu ilin avqust ayında başlanılan işlər oktyabrın 28-də tamamlanmış və 
gecə saatlarında yeni kəmər işə salınıb. Bununla da “Suraxanı”, “Dədə Qorqud” və “Bahar” qəsəbələrində yaşayan 7 min abonentin qaz təzyiqində yaşadığlara problemə son qoyulub.
29.10.2019 22:55 | 230 dəfə baxılıb