Bu günə olan Moskva-Bakı-Moskva aviareysi ləğv edildi

Bu günə olan Moskva-Bakı-Moskva aviareysi ləğv edildi

Hansı səbəbdən ləğv olunduğu məlum deyil

Oktyabrın 28-də həyata keçirilməli olan Moskva-Bakı-Moskva aviareysi ləğv edilib.

“S7 Airlines” aviaşirkətinin yerli vaxtla saat 16:30-da Moskvadan Bakıya “S7 3231” saylı reysi ləğv olunub. Həmin reys ləğv olunduğundan aviaşirkətin yerli vaxtla 17:25-də Bakıdan Moskva istiqamətində “S7 3232” saylı reysi də ləğv edilib. Aviareyslər “A320-200” təyyarəsi ilə həyata keçirilməli idi.

Moskva-Bakı-Moskva aviareysinin hansı səbəbdən ləğv olunduğu məlum deyil.

 

 

AzərTAC

28.10.2019 19:34 | 150 dəfə baxılıb