ETSN: Bakıda temperatur iqlim normasından 2 dərəcə yüksəkdir

ETSN: Bakıda temperatur iqlim normasından 2 dərəcə yüksəkdir

“Son 2-3 gündə Bakıda və Abşeron yarımadasında gündüz 19-22, Aran rayonlarında  21-25, dağlıq ərazilərdə 18,  Naxçıvan Muxtar Respublikasında 20-25 dərəcə isti müşahidə olunmaqdadır. Hazırda Bakıda müşahidə olunan temperatur iqlim normasından  2 dərəcə yüksəkdir”.

Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. Onun sözlərinə görə, ötən illərdə oktyabr ayında isti hava şəraiti 1934-cü ildə müşahidə olunub: "Ondan sonra nisbətən isti hava şəraiti 2002 və 2012-ci illərdə qeydə alınıb. Bu il oktyabrda ən yüksək temperatur ayın əvvəlində olub və  27.5 dərəcə istilik təşkil edib. Ondan sonrakı günlərdə  temperatur 20-24 dərəcə arasında dəyişib. Oktyabr ayında bundan da yüksək temperatur müşahidə olunan illər olub. Məsələn, 2012-ci  ildə Bakıda  32.7, 2013-cü ildə 31.6, hətta keçən il 28.8 dərəcə isti qeydə alınıb. Bu il  oktyabrda müşahidə olunan temperatur ötən illərlə müqayisədə aşağıdır”. 

28.10.2019 19:31 | 49 dəfə baxılıb