Üç avtobusun yolu dəyişdiriləcək

Üç avtobusun yolu dəyişdiriləcək

Akademik Şəfaət Mehdiyev küçəsinin general A. Abbasov və Ə.Haqverdiyev küçələri arasında yerləşən hissəsində aparılacaq təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək. 

Bu barədə Bakı Nəqliyyat Agentliyi məlumat yayıb.  Qeyd olunub ki,  6, 17 və 59 nömrəli müntəzəm marşrutlar üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdiriləcəkdir.

Oktyabrın 13-dən başlayacaq dəyişiklik yolda təmir işləri yekunlaşanadək qüvvədə qalacaq.

13.10.2019 20:40 | 403 dəfə baxılıb