
Xəzər dənizində itkin düşmüş dörd balıqçıdan üçü xilas edilib.
Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.
Bildirilib ki, aparılmış birgə axtarış tədbirləri nəticəsində itmiş qayığın üç nəfər heyəti aşkar olunaraq xilas ediib və oktyabrın 9-da, saat 00:55 radələrində dənizdə dövlət sərhədinin mühafizəsində olan “Şahdağ” tipli gəminin bortuna götürülüblər.
Xilas edilmiş balıqçılar ilkin tibbi yardım göstərilərək isti geyim və qida ilə təmin olunmuş, saat 07:10 radələrində Sahil Mühafizəsinin bazasına gətirilib.
09.10.2019 15:13 | 69 dəfə baxılıb