Dənizdə 4 balıqçı yoxa çıxdı

Dənizdə 4 balıqçı yoxa çıxdı

FHN helikopterlə axtarışa başlayıb

Azərbaycanda 4 balıqçı itkin düşüb. Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətindən verilən məlumata görə, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, oktyabrın 8-də gecə saatlarında, Bakı şəhərinin Pirallahı rayonundan, balıq tutmaq məqsədi ilə 4 balıqçı dənizə çıxıb və təyin olunan vaxtda geri qayıtmayıblar.

Axtarışlara FHN-in Aviasiya Dəstəsinin bir helikopteri cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılıb.

Əlavə məlumat veriləcək.

 

08.10.2019 22:33 | 82 dəfə baxılıb