Qırmızı lentlərlə bəzən hətta xüsusi geyimlə bəzədilmiş qurbanlıq qoçlar - MƏQALƏ

Qırmızı lentlərlə bəzən hətta xüsusi geyimlə bəzədilmiş qurbanlıq qoçlar - MƏQALƏ

Qurban kəsmək bəşəriyyətin ən qədim adətlərindən biridir.Hətta İslam dinindən də əvvəl mövcud olmuş bir ayindir.

Qədim və bəzi muasir dinlərdə Allahin qəzəbini soyutmaq niyyəti ilə qurbanlar kəsilir.

İslamda isə hər il hicri təqvimi ilə zilhiccə ayının onunundan başlayıb üç gün davam edən qurban bayramı xeyriyəçilik və imkansızlara yardım etmək məqsədi daşıyır.

Böyük coşqu ilə qeyd olunan bu bayramın sağlam heyvan kəsib,imkansızlara paylamaq kimi özünə məxsus əməlləri var.

Yaxın keçmişdən isə bu bayram ərəfəsində əslində İslam dini ilə heç bir əlaqəsi olmayan qız evinə göndəriləcək qoçların bəzədilməsi xüsusi diqqət çəkir.

Qonşu Türkiyədə də bu adət var.Bayram günlərində qırmızı lentlərlə,bəzən hətta xüsusi geyimlə,şarlarla bəzədilmiş  qurbanlıq qoçların satışına rast gəlinir.

Elə ölkəmizdə də bu adət son illərdə sanki  "mən qurbanımı daha yaxşı bəzədim"  düşüncəsi ilə ifrat dərəcəyə çatıb və rəqabət xarakteri alıb.

Qız evinə göndəriləcək qoçun başına qırmızı fata, buynuzuna,boğazına və ayaqlarına qırmızı lentlər bağlanılır.Bəzən isə ifrat dərəcədə çox bəzədilmiş qurbanlıqların da şahidi oluruq.

Kəsiləcək erkək heyvanın başına qırmızı fata,belinə qırmızı lent bağlayıb  "gəlin" kimi bəzədilməsinin hansı məntiqə sığdığını demək çətindir.Ancaq bir şey dəqiqdir bu adətin İslam dini ilə heç bir əlaqəsi yoxdur.

Və sonda unutmayaq ki,islamda ifrata varmaq bəyənilmir

Qurban isə Allaha yaxınlaşmaq deməkdir.

 Qurani-Kərim də buyurulduğu kimi kəsilən heyvanların nə əti, nə qanı Allaha yetişməz. Allaha yetişən yalnız bizim qəlbimizdəki Allaha bağlılıq hissidir.

 

 AKİF ƏLİYEV     

©  Maştağa TV

12.08.2019 18:21 | 172 dəfə baxılıb