Meteohəssas insanlar üçün VACIB XƏBƏR

Meteohəssas insanlar üçün VACIB XƏBƏR

Azərbaycan Milli Elmlər Akademiyasının N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası meteohəssas insanları daha çox maraqlandıran kosmik hava durumu və proqnozunu açıqlayıb.

Rəsədxanadan Trend-ə verilən məlumata görə, ötən gün Günəş diski ləkəsiz olub. Koronoqraf görüntülərində Yerə doğru yönələn hər hansı bir cism müşahidə olunmayıb.

Növbəti günlər - iyulun 18-dən 20-dək Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

Proqnoz dövründə ümumən sakitlik proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı iyulun 18 və 19-da 5 faizdən, iyulun 20-də isə 1 faizdən aşağı qiymətləndirilir.

18.07.2019 23:18 | 258 dəfə baxılıb