Zabratda piyadanı maşın vurub

Zabratda piyadanı maşın vurub

Zabratda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

2005-ci il təvəllüdlü Bayramov Elmuraz Rafiq oğlu Zabrat qəsəbəsində məscidin yanında yolu keçərkən onu maşın vurub.

Hadisəni törədən sürücü yaralını dərhal 3 saylı Klinik Tibbi Mərkəzə çatdırıb. Xəstəyə kəllə-beyin travması diaqnozu qoyulub. Yaralı daha sonra Neyro-Cərrahiyə Xəstəxanasına aparılıb. Onun vəziyyəti ağırdır.

16.06.2019 02:14 | 237 dəfə baxılıb