“Azəriqaz” əməkdaşları Şüvəlanda qaz sızmasının qarşısını “Fanta” qapağı ilə alır

“Azəriqaz” əməkdaşları Şüvəlanda qaz sızmasının qarşısını “Fanta” qapağı ilə alır

“Azəriqaz” İstehsalat Birliyinin Xəzər rayon şöbəsinin əməkdaşları kəsilmiş qaz borusunda baş verən sızıntının qarşısını “Fanta” qapağı ilə aldı.

Bu barədə məlumat Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Maşınqayırma pansionatının sakinləri məlumat veriblər. Verilən məlumata görə sözügedın binanın sakinlərinin bir qismi Kürdəxanıda yerləşən məcburi köçkün şəhərciyinə köçürülüblər. Köçürülən ailələrin evləri isə naməlum şəxslər tərəfindən qarət edilib. Qarət zamanı evlərin qaz boruları, elektrik xəttləri də kəsilərək oğurlanıb. Kəsilən qaz borularının yerindən isə sızma baş verib.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinə məlumat verilib. “Azəriqaz”ın Xəzər rayon şöbəsinin əməkdaşları isə kəsilən borunu “Fanta” şüşəsinin qapağı ilə bağlayıb sızmanın qarşısını alıblar. Yenidən bu barədə “Azəriqaz” İstehsalat Birliyinə məlumat verilsə də “Azəriqaz” İstehsalat Birliyinin Xəzər rayon şöbəsindən bildirilib ki, yanacaq sızıntısının qarşısı alınıb, heç bir təhlükə yoxdur.

Məsələ ilə bağlı Bizimyol.info -ya açıqlama verən “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri İbrahim Kərbəlayev bildirib ki, müvafiq qurumun əməkdaşları yenidən əraziyə gedib problemi dərhal həll edəcəklər:

“Bizə verilən məlumata görə problem bu gün səhər saatlarında həll edilib. Lakin bu formada həll edilməsi ilə bağlı heç bir məlumat yoxdur. Yenidən müvafiq tapşırıq verildi, problem dərhal həllini tapacaq və sızmanın qarşısı alınacaq”.

11.06.2019 19:12 | 181 dəfə baxılıb