Maştağada yanğın olub, körpə qız ölüb

Maştağada yanğın olub, körpə qız ölüb

Bakı şəhərinin Sabunçu rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəlli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları, bitişik ümumi sahəsi 40 m² olan talvar yanıb.

Maştağa TV FHN-in saytına istinadən verdiyi xəbərə görə, yanğının kəşfiyyatı zamanı 2018-ci il təvəllüdlü Ağamirzəyeva Zibeydə Elxan qızının yanmış meyiti aşkarlanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

11.06.2019 15:39 | 243 dəfə baxılıb