Məhəmmədi kəndində evdə qaz balonu partlayıb, qadın xəsarət alıb

Məhəmmədi kəndində evdə qaz balonu partlayıb, qadın xəsarət alıb

Abşeron rayonunun Məhəmmədi kəndindəki evlərdən birində qaz balonu partlayıb.

Maştağa TV xəbər verir ki, Məhəmməd Füzuli küçəsi, ev 14-də baş verən hadisə nəticəsində 1952-ci il təvəllüdlü Salmanova Sitarə Sarı qızı xəsarət alıb.

Yaralı bədənin 1 və 2-ci dərəcəli kimyəvi yanıq xəsarətləri ilə 5 saylı Şəhər Xəstəxanasının Yanıq şöbəsinə yerləşdirilib.

Xəstənin vəziyyəti ağır qiymətləndirilir
.

26.05.2019 02:36 | 165 dəfə baxılıb