8758 bakalavr imtahan verəcək - Magistraturaya qəbul imtahaninin ikinci mərhələsi keçiriləcək

8758 bakalavr imtahan verəcək - Magistraturaya qəbul imtahaninin ikinci mərhələsi keçiriləcək

Dövlət İmtahan Mərkəzi sabah  ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsini keçirəcək.

İmtahan Bakı, Naxçıvan və Gəncə şəhərlərində, ümumilikdə 27 binada aparılıcaq.İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlayır və sualların cavablandırılmasına 1 saat 30 dəqiqə vaxt ayrılır. İmtahanın başlanmasına 15 dəqiqə qalmış saat 10.45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır. İkinci mərhələdə bakalavrlara seçdikləri proqram üzrə 5-i açıq tipli olmaqla 50 test tapşırığı təqdim olunur. Bəzi proqramlar üzrə isə bakalavrlar yazılı, bəziləri üzrə qabiliyyət imtahanı verəcəklər. Hər düzgün cavab bir balla qiymətləndirilir, səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir.Qəbul imtahanının birinci mərhələsinin nəticələrinə görə müsabiqə şərtlərini ödəyən 8758 nəfər qəbul proqramını seçərək təsdiqləyib. Onlardan 8012 nəfəri Azərbaycan, 746 nəfəri rus bölməsi üzrə imtahan verəcək.

26.05.2019 02:28 | 99 dəfə baxılıb