Sabunçu-Bakı qatarı 50 qəpiyə olacaq

Sabunçu-Bakı qatarı 50 qəpiyə olacaq

Bakı sərnişin – Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik təşkil edəcək.

Maştağa TV  Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov AzTV-nin "Günün Nəbzi" verilişində deyib.

Onun sözlərinə görə, Sabunçu dəmir yolu vağzalından şəhər istiqamətində avtobusla gediş haqqı 60 qəpik təşkil edirsə, Bakı–Sabunçu dəmir yolu xətti üzrə gediş haqqı 50 qəpik olacaq: “Bu marşrut üzrə dəmir yolu xəttinin uzunluğu bir istiqamət üzrə 13,5 kilometrdir. Qatar əgər tək istiqamətdə dayanmadan hərəkət edərsə bu yol 12 dəqiqəyə qət olunacaq, xətt üzrə dayanacaqlarda dayanarsa bu vaxt 15 dəqiqəyə çatacaq.

24.05.2019 00:24 | 365 dəfə baxılıb