Qan qrupu insanın maraqlı xüsusiyyətərini izah edir.

Qan qrupu insanın maraqlı xüsusiyyətərini izah edir.

I qan qrupuna dail olan insanlar: az dərəcədə məsuliyyətsiz olurlar, çətin duruma düşəndə çıxmağı bacarırlar, ağlagəlməz metodlardan istifadə edirlər. Bu qan qrupuna daxil olan insanlarda liderlik xüsusiyyəti vardır, rəhbər, təşkilatçı kimi işlərini yüksək səviyyədə bacarırlar. Kütləni öz arxasınca apara bilir. Hər kəslə ünsiyyət qurmağı bacarırlar. Mənfi xüsusiyyətləri özünəvurğunluq və xudbinlikdir. QADINLARI- cəlbedici, ecazkar olurlar, eyni zamanda qısqanc insanlardırlar. Yeri gələndə inanılmaz dərəcədə səbr və təmkin göstərirlər, soyuqqanlı ola bilirlər. Qısqanclıqdan cinayət də edə bilərlər. KİŞİLƏRİ- əksəriyyəti Don Juan kimi tanınırlar, şəxsi həyatlarında xeyli sayda qadınlar ola bilər.

II qan qrupuna daxil olan insnalar: xırdalıqlara fikir verirlər, zəhmətkeş olurlar, tapşırılan işi vicdanla yerinə yetirmək üçün son dərəcə əzmkarlıq nümayiş etdirirlər. Bu qrupa daxil olan insanların sözlərinə şübhə etmək yox, əksər hallarda inanmaq lazımdır. Əvvəlcədən etibarsız olduqları hissə olunsa da, zaman-zaman etibarlı olduqları üzə çıxır. Hisslərini açıq büruzə vermirlər. Mənfi xüsusiyyətləri inadkar olmalarıdır. Ürəklərində nə qədər gizlətsələr də, sonda parlayırlar, hər şeyi açıq-aşkar açıqlayırlar. Bu qrupun qadınları kimi, kişiləri də utancaqlıqları, sadiq və vəfalı ömür-gün həmdəmi olmaları ilə seçilirlər. Bəzən ətrafdakı insnalar onları biganə, soyuqqanlı olmaqda qınayırlar. Amma son nəticədə bu qrupa daxil olan insanlar öz mövqeyini vicdanlı şəkildə ortaya qoyur. Xüsusilə, qadınları ömürlərinin sonuna qədər ərlərinə sadiq olurlar.

III qan qrupuna daxil olan insanlar: sakitdirlər, amma daxilən çox həssasdırlar. Mədəni və yüksək qabiliyyətli olurlar. Bu qrupa daxil olan qadınlar eyni qrupda olan kişilərdən qat-qat güclüdürlər. Qadınları tez inciyən, küsəyəndir. Bu qrupa daxil olaninsanlar özlərinə və başqalarına qarşı çox tələbkar olurlar. Çox danışmağı sevmirlər, yaradıcı, spesifik xüsusiyyətlərə malik olurlar. Bu qrupdakı insnaların çoxu incəsənətə meylli insanlardırlar. Azadlıqları onlar üçün hər şeydən önəmlidir. Kişilərindən əksər hallarda etibarlı dost çıxır, qadınları dəhşətli dərəcədə qısqanc və tələbkar olurlar. Sevgi məsələsində sərhəd tanımırlar, məhəbbətləri bir dünyanı da fəth etməyə bəs edər. Ən güclü zərgərlər, cərrahlar və əfsanəvi incəsənət adamları bu qan qrupuna daxildir. Sakitlik və tələbkarlıq bunu zərruri edir. Azad düşünmək, insanların fikirlərini dinləmək bu insanlar üçün əsas amildir. Mənfi xüsusiyyətləri əksər hallarda dərdinə şərik olduğu insanların səmimiyyətinə inanmasıdır. Bunun isə fəsadları bəzən ağır olur.



IV qan qrupuan daxil olan insanlar: özlərini xoşbəxt etmək üçün bir o qədər də çalışmırlar, amma başqasını xoşbəxt etmək istəyirlər. Hisslərinin qarşısında bəzən aciz qalırlar. Çox vaxt qətiyyətsiz olurlar, dönməzlik göstərə bilmirlər. Əgər iradə göstərsələr, varlı insana çevrilə bilirlər, xüsusilə, biznsmen kimi uğurlu adamlardırlar. Xırdaçı deyillər, yüksək təhlil qabiliyyətləri var. Bəzən atdıqları addımın sonunu belə düşünmürlər. Kinli deyillər. Qərar verməkdə çətinlik çəkirlər. Ailəsini xoşbəxt etməyi bacarır.

21.05.2019 00:17 | 240 dəfə baxılıb