Sabunçu-Zabrat yolunda marşrut avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

Sabunçu-Zabrat yolunda marşrut avtobusu yük maşını ilə toqquşub, xəsarət alanlar var

Bu gün Bakının Sabunçu rayonu ərazisində, Sabunçu-Zabrat yolunda 217 saylı marşrut xətti ilə hərəkət edən "İsuzu" markalı sərnişin avtobusunun "Qazel" markalı yük maşını ilə toqquşması nəticəsində 6 nəfər xəsarət alıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri  Pərviz Abubəkirovun ONA-ya verdiyi məlumata görə, qəzada xəsarət alan 3 qadın və 3 kişi 3 № li Şəhər Klinik Xəstəxana yerləşdirilib.

Xəsarət alanlardan 2-nin durumu ağır, 4-nün durumu orta-ağırdır.

05.05.2019 12:33 | 362 dəfə baxılıb