Pensiya üçün sənəd qəbulu başladı

Pensiya üçün sənəd qəbulu başladı

Müharibə veteranlarının ərizə və vetran vəsiqələri kifayətdir

Əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslərə və müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təyin edilməsi üçün həmin vətəndaşlardan artıq sənəd qəbuluna başlanılıb.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, əmək pensiyası alan I dərəcə əlilliyi olan şəxslər onlara təqaüdün (100 manat) təyin edilməsi üçün nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun yaşadıqları rayon (şəhər) şöbəsinə yalnız ərizə təqdim edirlər.

Müharibə veteranlarının isə onlara təqaüd (80 manat) təyin olunması üçün ərizə və müharibə veteranı vəsiqəsini təqdim etmələri kifayət edir.

I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Prezidentin təqaüdünün (50 manat) verilməsi üçün isə qaydaların layihəsi hazırlanaraq artıq təqdim edilib.

Həmin təqaüdün I dərəcə əlilliyi olan şəxslərin ərizəsi əsasında müəyyən edilən şəxsə ödənilməsi nəzərdə tutulur. Ərizədən başqa, onlardan digər sənəd tələb olunmayacaq.

Sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edənlər üçün aylıq təqaüd isə həmin uşaqlara görə aylıq sosial müavinət alan şəxslərə (heç bir sənəd tələb edilmədən) təyin olunub veriləcək.

Bu təqaüdlərin hər birinin 1 aprel 2019-cu il tarixdən hesablanmaqla ödənilməsi təmin ediləcək.

 

03.05.2019 00:34 | 252 dəfə baxılıb