Ramazan təqvimi açıqlandı CƏDVƏL

Ramazan təqvimi açıqlandı CƏDVƏL

Qədr gecələrinin də vaxtı bilinib

2019-cu il Ramazan ayının təqvimi açıqlanıb. Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) verilən məlumata görə, təqvimdə Ramazan ayının namaz vaxtları, imsak və iftar vaxtları, eləcə də Qədr gecələri əksini tapıb. 

Təqvimə əsasən, Ramazan ayının 18-dən 19-na keçən gecə (23 may), 20-dən 21-nə keçən gecə (25 may), 22-dən 23-nə keçən gecə (27 may) və 26-dan 27-nə keçən gecə (31 may) Əhya gecələridir (Qədr gecəsi).

Şəvval ayının 1-i (5 iyun) Fitr bayramıdır.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı mayın 6-da başlayır. Niyyət gecəsi mayın 5-dən 6-na keçən gecəyə düşür.

 

03.05.2019 00:30 | 167 dəfə baxılıb