Sabuncu rayon MKS-nin 4 saylı filialında "Bədii həqiqətlər ustası" adlı tədbir keçirilib

Sabuncu rayon MKS-nin 4 saylı filialında "Bədii həqiqətlər ustası" adlı tədbir keçirilib

Aprelin 26-da Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabuncu rayon MKS-nin 4 saylı filialında bir qrup fəal oxucu ilə dahi dramaturq C.Cabbarlının 120 illik yubileyinə həsr olunmuş "Bədii həqiqətlər ustası" adlı tədbir keçirilib.

Tədbirdə filialın müdiri V.Məmmədov C.Cabbarlı haqqında geniş məlumat verib, onun milli ədəbiyyatımızda əvəzsiz yeri olan əsərlərindən söhbət açıb.

Sonra baş kitabxanaçı X.Kərimova C.Cabbarlını bir şair kimi xarakterizə edib. Onun gənc yaşlarında yazdığı şeirləri təhlil edib.

Tədbir diskussiya şəklində davam edib.

Sonda verilən suallar kitabxana əməkdaşları tərəfindən cavablandırılıb.

27.04.2019 02:43 | 88 dəfə baxılıb