Azərbaycanda 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə konsert və atəşfəşanlıq təşkil olunub

Azərbaycanın 10 milyonuncu sakinin dünyaya gəlməsi münasibətilə paytaxtda bir sıra tədbirlər keçirilib.

"Maştağa TV" xəbər verir ki, bu gün Bakının bütün rayonlarında ağacəkmə aksiyası və saat 17:00-da Bakı bulvarında konsert proqramı keçirilib.

Tədbirlər saat 22:00-da böyük atəşfəşanlıqla başa çatıb.

"Maştağa TV" konsert proqramı və atəşfəşanlıqdan hazırlanmış video materialı təqdim edir.  


© Kanalda butun müəllif huquqları qorunur. Materiallardan istifadə edərkən istinad olunmalıdır

08.04.2019 02:16 | 74 dəfə baxılıb