Kəndimiz

Maştağa, Bakının Sabunçu rayonunda şəhər tipli qəsəbədir. Hazırda 4400 hektar ərazisi ilə Bakının ən böyük yaşayış məskənlərindən biri olan

Maştağa qədimliyinə və əhalisinin çoxluğuna görə də(104 mindən çox) digər qəsəbələrdən fərqlənir. Qəsəbənin adı haqqında bir neçə versiya mövcuddur .

Azərbaycan tarixçisi Abbasqulu Ağa Bakıxanov "Gülüstan-i İrəm" əsərində "Maştağa" toponiminin  qədim türk xalqlarından biri olan Massagetlərin adından yaranması fikrini irəli sürmüşdür.

Bəzi tarixçilər isə  Maştağa adının  "Məşqətə" yəni məşq edilən yer,və ya  "Məşhədi ağa" sözlərindən yaranmasını ehtimal edirlər.

Mənşə etibarı ilə türk  olan Maştağa əhalisinin əsas məşğuliyyəti bağçılıq, əkinçilik və heyvandarlıqdır.

Qəsəbənin üç əsas mərkəzi məhəlləsi, Keçənlər, Xunxar,və Seyidlər həm də kəndin ən qədim məhəllələridir.Vaxtilə hər məhəllənin  öz qoçusu olub.

Həmin qoçular 1918-ci ildə qoçu Əzizin başçılığı ilə erməni-bolşevik hücumlarını məharətlə dəf etməklə tarixə düşüblər.

Maştağa Bakıda ən çox məsçidi olan qəsəbədir.Tarixi mənbələrdə Maştağada ümumilikdə otuz altı məsçidin olması,həmçinin üç əsas, qum,

Şamxal və Məmmədrza hamamları da daxil olmaqla otuza yaxın hamamın və iyirmi bir su ovdanının olması qeyd olunur.

Bakı xanı Dərgahqulu xan vaxtilə burada möhtəşəm bir qala tikdirmişdir.Qəsəbədə pirlər, türbə və çox sayda qəbirüstü kitabə abidələr mövcuddur.

Tədqiqatçılar qəsəbənin daha qədim tarixə malik olduğunu bildirirlər. Təəssüfki, tarix boyu yadelli işğalçıların basqını və güclü zəlzələlər qədim tarixi abidələrin əksəriyyətinin dağılmasına səbəb olmuşdur.

Hazırda qəsəbədə 8 məktəb, 7 baxça, musiqi və peşə məktəbləri,botanika institutu, kitabxana, poliklinika, xəstəxana, norkoloji mərkəz,

ruhi əsəb dispanseri, somatoloji uşaq sanatoriyası,internat məktəbi, aeroloji və kinoloji mərkəzlər fəaliyyət göstərir.

 

Qəsəbənin görkəmli nümayəndələri general-mayor Heybət Heybətov.

Xalq artisti,akyor Yaşar Nuri.

Xalq artisti,xanəndə Əlibaba Məmmədov.

Yazıçı,jurnalist Salam Qədirzadə.

Tanınmış Nizamişünas,alim

Əhmədağa Əhmədov.

Azərbaycanın ilk peşəkar fotoqrafı

Mircavad Axundzadə də daxil olmaqla bir çox tanınmış elm və sənət adamları.